Əfqanıstan, Pakistan, ABŞ və Çindən olan səlahiyyətli şəxslər Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqlarını başlatmaq üçün bir araya gəldilər. SİA-nın məlumatına görə, Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, 4 ölkədən olan koordinasiya qrupu bu gün İslamabadda toplaşacaq.
Toplantı Əfqanıstan hökuməti ilə Taliban arasındakı sülh danışıqlarının təməlini qoymaq məqsədi daşıyır. Tərəflər bu məqsədlə artıq üçüncü dəfədir ki, toplaşır. Toplantıda Əfqanıstanın Xarici İşlər naziri müavini Hikmət Xəlil, Pakistanın Xarici İşlər nazirinin katibi Aizaz Əhməd, Çin və ABŞ-dan səlahiyyətli nümayəndələr iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB