Kanada İrana qarşı sanksiyaları ləğv edib

Kanada İrana qarşı sanksiyaları ləğv edib

Kanada da İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kanadanın xarici işlər naziri Stefen Dion İrana qarşı idxal, ixrac və maliyyə sahəsində qoyulan sanksiyaların nəzarətdə saxlanılmaq şərti ilə ləğv olunduğunu açıqlayıb. S.Dion 2012-ci ildən bu vaxtadək kəsilən diplomatik əlaqələrin yenidən bərpa edilməsi üçün danışıqların aparılacağını deyib.

Qeyd edək ki, Kanada 2012-ci ildə İrana qarşı sanksiyalar tətbiq etmiş və Tehrandakı səfirliyini bağlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə