Putin Ərdoğanla heç vaxt görüşməyəcək

Kremlindən rəsmi açıqlama
Putin Ərdoğanla heç vaxt görüşməyəcək

Kreml sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşmədiyini və gələcəkdə də görüşməyəcəyini bildirib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Peskov təşkil etdiyi mətbuat konfransında jurnalistlərin Rusiya-Türkiyə münasibətləri ilə bağlı verdikləri sualları cavablandırıb.

O bildirib ki, Rusiya ilə Türkiyə liderləri arasında hər hansı bir görüş olmayıb və gələcəkdə də belə bir görüş planlaşdırılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə