Almaniya polisi bu gün ölkədə və Avropanın digər dövlətlərində terror aktlarını planlaşdırmaqda şübhəli bilinən bir neçə adamı saxlayıb. Onlar Berlin, Cənubi Saksoniya və Şimali Reyn-Vestfaliyada keçirilən polis əməliyyatı çərçivəsində saxlanılıblar. DPA agentliyinin yaydığı məlumata görə, 35 yaşlı əlcəzairli Şimali Reyn-Vestfaliya əyalətinin Attendorn şəhərində qaçqınların ilkin yerləşdirilməsi məntəqəsində saxlanılıb. O, qondarma "İslam dövləti" ilə əlaqədə şübhəli bilindiyi üçün Əlcəzairin hüquq mühafizə orqanları tərəfindən axtarılırdı. Əlcəzairlinin Suriyada hərbi hazırlıq keçdiyi bildirilir.
Polis, həmçinin Almaniya paytaxtında 31 yaşlı və Hannoverdə 26 yaşlı şübhəli bilinən şəxsləri axtarır. Hannoverdə qaçqınların yerləşdirildiyi məntəqələrdən birində fevralın 4-də səhər axtarış keçirilib.
Terror aktının hazırlanmasında şübhəli bilinənlərin axtarışı bir neçə həftə əvvəl başlayıb. Hüquq mühafizə orqanları güman edirlər ki, qrup terror aktına hazırlaşmaq üçün Berlində toplaşmağa hazırlaşırdı.
dpa agentliyinin məlumatına görə, Berlində polis əməliyyatına 450 hüquq keşikçisi cəlb edilib. Onlar axtarışı dörd mənzildə və iki müəssisədə aparıblar. Yazılar, kompyuterlər və mobil telefonlar müsadirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB