Yunanıstanda hökumətin qəbul etmək istədiyi pensiya və sosial sığorta islahatlarına qarşı fasiləsiz etiraz aksiyası keçirilir. Etiraz aksiyasında həkimlər, hüquqşünaslar, notariat kontorlarının işçiləri, mühəndislər, vergi işçiləri, taksi sürücüləri, nəqliyyat şirkətlərinin əməkdaşları, dənizçilər iştirak edirlər. Fevralın 4-də yanacaqdoldurma stansiyaları da fəaliyyət göstərməyiblər. Yunanıstanlı fermerlər artıq iki həftədir ki, ölkənin əsas magistrallarını bağlayırlar. Ölkədə nəqliyyatın hərəkəti iflic olub.
Yunanıstan hökuməti üçüncü yardım paketini almaq məqsədilə pensiya və sosial sığorta sistemində islahat aparmaq niyyətindədir. Pensiyaların azaldılması və sosial sığorta sisteminə əhali tərəfindən daha çox vəsaitin yerləşdirilməsi yeni islahatların tərkib hissəsini təşkil edir. Bu isə ölkə əhalisinin böyük narazılığı ilə qarşılanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB