Nigeriyalı silahlı quldurlardan ibarət qruplaşma heyətində Rusiya, Gürcüstan və Filippindən olan dənizçilərin olduğu "Leon Dias" neft tankerini ələ keçirib. SİA xəbər verir ki, bu barədə Associated Press Danimarkanın müvafiq məsələlər üzrə fəaliyyət göstərən"Risk Intelligence"
şirkətinin direktoru Dirk Steffenə istinadən xəbər yayıb. Agentlik istisna etmir ki, gəmi heyətini girov saxlayan quldurlar onları pul müqabilində azad etmək məqsədini güdürlər.
İlkin ehtimallara görə, söhbət Nigeriyanın cənub-qərbində özünü müstəqil dövlət elan etmiş tanınmayan Bifara hökumətinin silahlı qiyamçılardan gedir. Onlar gəmini hələ ötən həftənin sonunda ələ keçiriblər. Ələ keçirilən dənizçilərdən 2 nəfəri rusiyalı (baş müxanil və elektrik), 2 nəfər filippinli (kapitan və 3-cü mexanik) və 1 nəfər gürcüdür mexanikdir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB