ABŞ-ın Corciya ştatında 73 yaşlı məhbusa qarşı ən yüksək cəza tətbiq olunub. Bu edam ilin əvvəlindən bəri Birləşmiş Ştatlarda həyata keçirilən beşinci ölüm cəzasıdır. Rusiyanın NTV telekanalı xəbər verir ki, Brendon Astor Cons 37 il bundan əvvəl qarət zamanı törətdiyi qətlə görə məhkum olunub. Cinayətin qurbanı mağaza sahibi idi. Cinayətkar 1979-cu ildə həbsxanaya salınıb. Bu günlərdə isə edam hökmü ölümcül inyeksiya vasitəsi ilə icra edilib.
Cons Corciyada ən yaşlı məhbus sayılırdı. Bir neçə həftədən sonra onun 74 yaşı tamam olacaqdı. KİV-lərin məlumatına əsasən, Brendon Astor Consun cinayət ortağı 1985-ci ildə edam edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB