Putin Rusiyanın milli ideyasını açıqladı

Putin Rusiyanın milli ideyasını açıqladı

Rusiya prezidenti Vladimir Putin Rusiyanın yalnız bir milli ideyasının olduğunu və bunun da vətənpərvərlik olduğunu deyib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, prezident bu çıxışı çərşənbə günü Sirius təhsil ocağının təşkil etdiyi "İlin müəllimi" nominasiyası üzrə keçirilən milli müsabiqənin qalibləri ilə görüş zamanı edib.

Putin bildirib ki, bu ideologiya təkcə hər hansı bir partiyanın fəaliyyəti ilə bağlı deyil, əksinə bu, bütün rus xalqının bir olduğu yeganə məsələdir: "Rusiyanın ümummilli ideyası var. O da vətənpərvərlikdir. Başqa heç bir ümummilli ideologiyaya ehtiyac yoxdur".

Prezident qeyd edib ki, vətənpərvərlik yeniyetmələr üçün mənəvi rəhbər olmalıdır: "Bundan başqa heç bir fikir Rusiya üçün daha əhəmiyyətli deyil, heç buna ehtiyac da yoxdur".

Putin vurğulayıb ki, Rusiya xalqını yalnız vətənpərvərlik hissi bir arada tuta bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə