İngiltərənin ictimai televiziyası BBC, Rusiyanın Polşanı işğal etdiyi təqdirdə III Dünya Müharibəsinin başlayacağından bəhs edən proqram yayımlayacaq. SİA-nın verdiyi məlumata görə, "III Dünya Müharibəsi: Müharibə otağının içində" adlı proqramın təqdimatında bildirilib ki, Ukrayna böhranı və Rusiyanın Suriyaya hərbi müdaxiləsindən sonra dünyanın böyük qüvvələrinin biri-birinə toqquşması, Soyuq Müharibə illərindən bu yana heç belə gündəmə gəlməmişdi.
İngilis mətbuatında əks olunan məlumata görə, BBC-də yayımlanacaq proqramda ingilis strateqlər və diplomatlar iştirak edəcək. Onlar məsələyə, sanki Rusiya artıq Polşanı işğal edib və III Dünya Müharibəsi başlayıb ab-havasında yanaşacaq.
Proqram da məhz bu ssenari əsasında tərtib olunacaq. Ssenariyə görə, Rusiya Polşanı işğal edir, NATO hərəkətə keçir və ABŞ nüvə silahına müraciət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB