Türkiyə səfirliyinin yerləşdiyi küçəyə rus pilotunun adı veriləcək

Türkiyə səfirliyinin yerləşdiyi küçəyə rus pilotunun adı veriləcək

Rusiyanın paytaxtı Moskvada, Türkiyə səfirliyinin yerləşdiyi küçəyə türk reaktivləri tərəfindən vurulan Rusiya təyyarəsinin ölən pilotunun adının verilməsi planlaşdırılır. SİA-nın "CIHAN" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, küçəyə 24 noyabrda Türkiyə reaktivləri tərəfindən vurulan Su-24 tipli hərbi rus təyyarənin pilotu Oleq Peşkovun adının verilməsi bağlı aksiya başladılıb.

Bununla bağlı Müdafiə Təşəbbüsünə Kömək Təşkilatı "Rus cəmiyyətinin təşəbbüsləri" adlı internet saytında səsverməyə start verib.

Səsvermə nəticəsində küçənin adının dəyişib, dəyişməyəcəyinə qərar veriləcək.

Qeyd edək ki, Oleq Peşkov hadisə zamanı təyyarədən xilas olmağı bacarıb, lakin paraşütlə yerə enərkən yaralanıb və həyatını itirib. Rusiya prezidenti Vladimir Putin Oleq Peşkova Qəhrəmanlıq Nişanı ilə təltif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə