"Google Chrome"un dizaynında dəyişiklik edilib. SİA-nın məlumatına görə, şirkət yeni dizayna keçmək üçün artıq 1 ildən çoxdur ki, hazırlıq işləri aparır. Nəhayət, yeni dizayna keçmək üçün lazım olan bütün hazırlıqlar tamamlanıb.
Yeni dizayn sadə şəkildə tərtib edilib. Hazırkı dizayndan fərqli olaraq bu daha iti və bucaqlıdır. "Google Chrome"da "hamburger" menyu loqosu əvəzinə, 3 nöqtə simvolu qoyulacaq.
Bunun üçün adres daxil edilən bölməyə chrome://flags yazıb, "enter"i basmaq və "material design" bölməsindəki hər şeyi aktivləşdirmək ( yəni "enable") etmək lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB