Rusiya Azərbaycanın yolu ilə gedəcək

Rusiya Azərbaycanın yolu ilə gedəcək

Kreml sözçüsü Dmitri Peskov Rusiyanın özəlləşdiriləcək dövlət şirkətləri haqqında jurnalistlərə açıqlama verib. SİA-nın "Sputniknews"a istinadən verdiyi məlumatına görə, Peskov özəlləşdirmədə xarici investorların da iştirak edəcəyini bildirib.

Peskov Rusiyanın xarici investorlarla hər zaman maraqlandığını da sözlərinə əlavə edib: "Rusiya hələ də xarici investorlara açıq bir ölkədir və yeni əməkdaşlar qazanmaq istəyir".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl hökumətlə görüşü zamanı özəlləşdirmə ilə bağlı müzakirələr aparmış və bu prosesin şəffaf şəkildə həyata keçirilməsini istəmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə