ABŞ-ın bütün dünyadakı müşahidə fəaliyyəti ilə bağlı gizli məlumatları yayan keçmiş NSA agenti Edvard Snovden ABŞ-ın prezidentliyə namizəd üzvlərinin püşk atılaraq təyin edilməsini tənqid edib.
Prezidentliyə namizədlər arasında vacib mərhələni təşkil edən İova seçkilərində Demokrat Partiyasının namizədləri olan Hilari Klinton və Berni Sanders 6 seçki məntəqəsi üzrə demək olar ki, eyni sayda səs toplayıb. Bununla bağlı olaraq partiya səlahiyyətliləri qəpiklə püşk atmağı məsləhət görüb. Atılan püşklərin hamısında Hilari Klinton qalib gəlib.
Snovden məsələyə şəxsi hesabından münasibət bildirib: "Görünür, seçkilərdə kimin qalib gələcəyinə pul qərar verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB