Rusiyadan Türkiyəyə Böyük Jest

Rusiyadan Türkiyəyə Böyük Jest

Rusiyanın nəhəng enerji şirkəti "Gazprom" Türkiyəyə daşınan qazın həcmini artırıb. SİA-nın məlumatına görə, Rusiyadan Türkiyəyə daşınan qazın həcmi 2.82 milyard kub metrə çatıb.

"Gazprom"un sədri Aleksey Miller jurnalistlərə açıqlama verərkən Türkiyəyə daşınan qazın keçən ay artırıldığını deyib. Miller bildirib ki, Türkiyə də daxil olmaqla, rus qazına olan tələbat hər gün bir az daha artır. Onun sözlərinə görə, "Gazprom"un Türkiyəyə daşınan qazın həcmi 2015-ci ilə münasibətdə 3.4 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə