İki qitənin birləşməsinə 247 metr qaldı FOTO

İki qitənin birləşməsinə 247 metr qaldı FOTO

İstanbul Boğazında tikinti işləri davam etdirilən Yavuz Sultan Səlim körpüsünün 59 polad önlüyündən 48-in montaj və qaynaq işləri tamamlanıb. SİA-nın "CIHAN" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Asiya ilə Avropa qitəsinin 3-ü dəfə birləşməsinə 247 metr qalıb.

Tikinti işlərinin davam etdirildiyi III Boğaz Körpüsünün montaj və qaynaq işlərinin ilkin mərhələsi bitib. Ağırlığı 923 ton olan 59 polad önlükdən 48-in montaj və qaynaq işləri tamamlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə