Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir
Türkiyənin cənub-şərqində ötən sutka ərzində PKK terror qruplaşmasının 16 silahlısı məhv edilib. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir. "Cizrədə 9, Curada 7 PKK terrorçusu məhv edilib. Ümumilikdə, antiterror əməliyyatı başlayandan bu vaxtadək Cizrədə 483, Surada isə 144 terrorçu məhv edilib", - deyə məlumatda bildirilir.
Məlumatda, həmçinin, bildirilir ki, qeyd olunan iki rayonda 44 partlayıcı qurğunun zərərsizləşdirilib, xeyli sayda silah-sursat müsadirə edilib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edir ki, dekabrın ortalarından bu vaxtadək, ümumilikdə 720-dək PKK terrorçusu məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB