Kral Baş nazirin şərəfinə ziyafət verib

Kral Baş nazirin şərəfinə ziyafət verib

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun şərəfinə ziyafət verib. Anadolu agentliyi xəbər verir ki, Əhməd Davudoğlu Səudiyyə Ərəbistanına etdiyi rəsmi səfərin son görüşlərini Ər-Riyadda keçirib.

Türkiyənın Baş naziri danışıqlar çərçivəsində Səudiyyə Ərəbistanının Kralı tərəfindən qəbul edilib. Ər-Riyaddakı Kral Sarayında gerçəkləşən qəbulda Salman bin Əbdüləziz Əl Səud Əhməd Davudoğlunun şərəfinə günorta yeməyi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə