Cizredə terror aktı 2 şəhid

Türkiyənin Şırnak bölgəsindəki Cizre rayonunda terror təşkilatı PKK mənsublarına qarşı əməliyyatlarda bir hərbiçi və bir polis məmuru şəhid olub.

Anadolu Agentliyinin məlumatına görə, rayonun Cudi məhəlləsində terrorçulara qarşı aparılan əməliyyatda bir əsgər və bir polis məmuru ağır yaralanıb.

Cizre dövlət xəstəxanasına aparılan yaralıları xilas etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə