Yanvarın 31-da gecə saatlarında Moskvadakı sənaye zonalarından birində güclü yanğın baş verib. Nəticədə 12 nəfərin, o cümlədən bir uşağın öldüyü bildirilir. Rusiya hüquq mühafizə orqanlarının məlumatına görə, yanğın 300 kvadratmetr sahəni əhatə edib. Ərazidə tikiş sexinin fəaliyyət göstərdiyi məlum olub. İlkin ehtimala görə, həlak olanlar Orta Asiya respublikalarından gəlmiş miqrantlardır.
Hazırda hadisə yerində təhqiqat aparılır. Yanğının qəsdən törədildiyi və ya texniki səbəblərdən baş verdiyi ehtimalları araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB