Tikiş sexində yanğın baş verib- 11 ölü

Tikiş sexində yanğın baş verib- 11 ölü

Moskvanın Stromınka küçəsində yerləşən tikiş sexində baş verən yanğın nəticəsində 11 nəfər həyatını itirib. SİA RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə bazar gününə keçən gecə Stromınka küçəsi, ev 25-də baş verib.

Yanğın Bakı vaxtı ilə saat 01:55-də söndürülüb. Bundan əvvəl ölənlərin sayının 9 nəfər olduğu bildirilirdi.

Faktla bağlı əmlakın qəsdən məhv edilməsi, ehtiyatsızlıqdan insan tələfatına səbəb olma maddələri üzrə cinayət işi qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə