Rusiyanın LUKOYL neft şirkəti İran yataqlarının istismarında iştirak edəcək. Bu barədə məlumat verən İranın milli neft şirkətinin kəşfiyyat şöbəsinin müdiri Hörmüz Kəlavəndə bildirib ki, ötən həftə LUKOYL-un rəhbəri Vahid Ələkbərov Tehranda səfərdə olub və 6 milyon dollar dəyərində müqavilə imzalayıb. Müqaviləyə əsasən şirkət İranda kəşfiyyat və hasilat işləri aparacaq.
Xatırladaq ki, İranın neft yataqlarının kəşfiyyatı və hasilatı üçün sərmayə qoyuluşuna ehtiyacı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB