Müxalifət Cenevrə danışıqlarında
Suriya üçün kritik vəziyyət

Suriya müxalifəti Cenevrədə baş tutan danışıqlara qatılıb. SİA-nın məlumatına görə, Suriya müxalifəti tələb etdikləri zəmanəti aldıqdan sonra Cenevrədə baş tutan danışıqlara qatılmağa qərar verib.

Suriya müxalifətçilərinin toplaşdığı Yüksək Müzakirə Komissiyasından bununla bağlı açıqlama edilib. Açıqlamada deyilir: "Bu siyasi danışıqlara BMT qrupunun vasitəçiliyi ilə qarşı tərəfin nə dərəcədə ciddi olduğunu müşahidə etmək üçün qatılmağa qərar verdik".

Açıqlamada bu qərarın müxalifətçilərin tələb etdiyi zəmanətlər verildikdən alındığına işarə edilib: "İştirak qərarı, tam səlahiyyətli bir rəhbərlik orqanı yaradılaraq siyasi keçid prosesinin tamamlanması ilə beynəlxalq öhdəliklər və insani tələblərin qəbul edilməsi ilə reallaşıb".

Bütün xəbərlər Facebook səhifəmizdə