7 bal gücündə zəlzələ olub

Bu gün Rusiyanın Kamçatka bölgəsində 7 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 106 km aralıda olub. Zəlzələnin ocağı 153 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə heç bir məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə