Avropda dözülməz həyat...
Mühacirlər geri qayıdır

Ölkələrində davam edən qanlı toqquşmalar səbəbi ilə Avropaya üz tutan qaçqınların durumu çətinləşir. Getdikləri ölkələrdə qayğı görməyən mühacirlər geri qayıtmaq məcburiyyətində qalır. Berlində müvvəqqəti məskunlaşan 50-dən çox miqrant könüllü olaraq ölkələrinə qayıdıb. İraqın Ərbil şəhərinə geri dönən ailələr, Almaniyada daha da ağır vəziyyətdə yaşadıqlarını vurğulayıblar. Təqribən 3 ay Berlində qaldıqalarını deyən qaçqınlar, bu müddət ərzində lazımı qida ilə təmin olunmadıqlarını irəli sürüblər.

Məlumata görə, Almaniyadan son bir ay ərzində 200-dən çox mühacir ölkəsinə qayıdıb.

Qeyd edək ki, təkcə 2015-ci ildə 30 min İraqlı qaçqın Almaniya hökumətinə sığınacaq üçün müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə