İsrail Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır. Yunanıstanlı həmkarı Aleksis Tsipras ilə görüşdən sonra açıqlama verən baş nazir Benyamin Netanyahu bildirib ki, ölkəsi bu istiqamətdə səylərini davam etdirir. Onun sözlərinə görə, əgər Ankaranın Təl-Əvivə qarşı mövqeyi müsbət mənada dəyişərsə, ölkəsi bunu məmuniyytlə qarşılayar:
"Əvvəllər İsrail ilə Türkiyə arasında sıx əlaqəlar mövcud olub. Biz bu münasibətlərin pozulmasını istəmirdik. Və bu əlaqələrin pisləşməsinə görə biz günahkar deyilik".
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə ilə İsrail arasında münasibətlərin yenidən normallaşması istiqamətində addımlar atıldığı və Təl-Əvivin Ankaraya "Mavi Mərmərə" hadisəsinə görə təzminat ödəməyə razı olduğu iddia edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB