İran prezidenti Həsən Ruhani ilə Fransa prezidenti Fransua Ollandın axşam yeməyi təxirə salınıb. SİA-nın məlumatına görə, Həsən Ruhani şam yeməyi üçün halal ət və qeyri-spirtli içki istəyib. Bununla bağlı iki tərəf arasında anlaşmazlıq yaranıb və nəticədə axşam yeməyi təxirə salınıb.
Belə ki, Ruhani şam yeməyində halal ətin olmasını və süfrədə şərabdan istifadə edilməməsini tələb edib, lakin Fransa bu tələbi rədd edib.
Qeyd edək ki, bundan əvvəl də İtaliyaya səfər edən Ruhaninin getdiyi bir muzeydə çılpaq heykəlləri yığışdırması tənqidlərə səbəb olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB