Fransanın Ədliyyə naziri istefa verib. SİA-nın məlumatına görə, Fransa prezidenti Fransua Olland Ədliyyə naziri Taubiranın istefasını qəbul edib. Bu barədə Elise sarayından rəsmi açıqlama edilib.
Nazirin istefasına səbəb isə konstitusiyaya ediləcək dəyişikliklə bağlı olub. Belə ki, Paris terror aktından sonra yaranan bu ehtiyaca qarşı çıxan nazir, qərar Fransa Milli Məclisində müzakirəyə çıxarılan gün istefa verib. O, şəxsi hesabından bu sözləri paylaşıb: "Bəzən müqavimət göstərmək üçün qalarsınız, bəzən getmək də bir müqavimətdir".
Hazırda Fransanın Ədliyyə naziri vəzifəsinə Jan Jakues Urvos təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB