"El-Ninyo" qasırğası Çilidə ciddi fəsadlar törədib. Dənizdə yaranan güclü dalğalar sahildəki iaşə obyektlərinə ziyan vurub. Dalğalar o qədər güclü olub ki, hətta yoldakı avtomobilləri belə aşırıb. Sahildəki insanlar qaçaraq canlarını çətinliklə xilas edib.
Çili mediasının məlumatına görə, xəbərdarlıqlara məhəl qoymayaraq dalğalara yaxınlaşan bir sakin boğularaq can verib. Qasırğa ümumilikdə on minlərlə insanı işıqsız qoyub. Bəzi bölgələrdə daşqın baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB