Sidney şəhərində güclü yanğın

Sidney şəhərində güclü yanğın

Avstraliyanın Sidney şəhərindəki binaların birində baş verən güclü yanğın təşvişə səbəb olub. Hündürmərtəbəli binadakı yanğının tüstüsünü uzaq məsafədən də müşahidə etmək mümkün olub. Dərhal əraziyə cəlb edilən yanğınsöndürənlər alova müdaxilə edib. Onların səyi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb. Ölən və yaralanan olmayıb.

Hadisə zamanı binada xeyli sayda insan olub. Lakin xilasedicilər onları vaxtında təxliyyə edib. Guman edilir ki, yanğın binadakı restoranlardan birinin mətbəxindən qaynaqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə