Rusiya neft istehsalını azaldacaq

Rusiyanın Baş nazir müavini Arkadiy Dvorkoviç ölkədə neft istehsalını azaldacaqlarını açıqlayıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Dvorkoviç neft qiymətlərinin bu səviyyədə qalacağı təqdirdə neft istehsalını azaldacaqlarını bildirib.

Jurnalistlərin suallarını cavablandıran Dvorkoviç bu il neft qiymətlərinin 20-40 dollar arasında dəyişəcəyini qeyd edib.

Onun sözlərinə görə, hazırkı iqtisadi böhran üçün 1.5 milyard dollar pul ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə