116 təyyarə reysi təxirə düşdü

116 təyyarə reysi təxirə düşdü

"Türk Hava Yolları" uçuşları təxirə salıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbulda yağan güclü qar nəticəsində Atatürk və Sabiha Gökçen hava limanlarından yanvarın 26 və 27-nə planlaşdırılan 116 daxili və xarici uçuş reysi təxirə düşüb.

Xəbərdə bildirilib ki, qar yanvarın 26-sı axşam saatlarınadək davam edəcək. Yanvarın 27-dən havaların isinəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə