Türkiyədən Rusiyaya sanksiya təhdidi

Türkiyədən Rusiyaya sanksiya təhdidi

Türkiyə ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyalkara cavab verə bilər. Ötən ilin dekabrında Ankara buna yalnız eyham vursa da, indi konkret addımlara hazırlaşır. Mətbuatda yayılan məlumata görə, Türkiyə hökuməti Rusiyanın metallurgiya şirkətləri üçün gömrük haqlarını 13,66 faizə qədər artıracaq. Bu isə Rusiya metallurgiya sənayesi məhsullarının Türkiyə bazarlarına Ukraynanın analoji məhsulları ilə müqayisədə daha baha qiymətə çıxacağı deməkdir.

Ekspertlər hesab edir ki, bununla Rusiya məhsullarına tələbat azalacaq və nəticədə ruslar önəmli bazarlardan birini əldən vermiş olacaqlar. Halbuki, indiyə qədər Rusiyanın metallurgiya sənayesi məhsulları Türkiyəyə idxal edilən malların 19,2 fazini təşkil edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə