ABŞ Liviyada hərbi əməliyyat keçirməyə hazırlaşır. Bu iddia ilə İtaliya mətbuatı çıxış edib. Bildirilir ki, ABŞ-ın İŞİD terror qruplaşmasına qarşı Liviyada hərbi əməliyyatlar keçirməyə hazırlaşır. KİV həmçinin İtaliya hökümətinin bu məsələdə amerikanlılarla birgə olduğunu qeyd edir.
"Amerikalıların hər bir hərəkəti İtaliya razılaşdırılıb", - deyə "La Repubblica" qəzetində dərc olunan məqalədə bildirilir. "İtaliya hərbi əməliyyatlara hazırdır. Əgər ehtiyac olarsa, İtaliya da iştirak edəcək. Biz Tripolidə müttəfiqlərimizlə birlikdə BMT-ın qətnamələri çərçivəsində hərəkət edəcəyik. Hamıya məlum "yol xəritəsini" izləmək istəyirik", - deyə baş nazirə yaxınlığı ilə seçilən mənbə qəzetə deyib.
Nəşr vurğulayır ki, bu əməliyyat iki - üç həftə ərzində həyata keçə bilər. Baş nazir Matteo Renzinin qorxusu İŞİD terror qruplaşmasına qarşı Liviyada hərbi əməliyyatların lazımlı nəticə verməyəcəyi və bununla Avropada həmçinin İtaliyanın özündə terror aktlarının miqdarını artacağından ibarətdir.
İtalya KİV bildirir ki, yaxın günlərdə İŞİD terror qruplaşması Liviyada və ya Avropada yeni terror aktlarını təşkil etməyə çalışacaq. Liviyada "İŞİD çağırışı" o qədər güclüdür ki, artıq Əlcəzair həyəcan təbili çalıb: gənc mərakeşlilərin axını guya Liviyaya girmək üçün sərhədi keçməyə çalışır. Yüzlərlə ev döyüşçülər tərəfindən təxliyyə edilib. Bu evlərdən Afrikanın bütün guşələrindən Liviyaya İŞİD-ə qoşulmağa gələn yeni üzvlərinin yerləşdirilməsi üçün istifadə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB