İran 35 il sonra Misirə qayıtdı

İran 35 il sonra Misirə qayıtdı

İran və Misir ticarət əlaqələrini yenidən bərpa edib. Bu barədə informasiyanı İran mətbuatı yayıb. Mətbuat artıq Misirə İran neft-kimya məhsullarının ixracının həyata keçirildiyini bildirib.

Qeyd edək ki, Misirlə İran arasında diplomatik münasibətlər 1980-ci ildə kəsilib. Buna səbəb Misirin sonuncu İran şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq verməsi və İsraillə sülh danışıqlarına başlaması olub.

Bütün xəbərlər Facebook səhifəmizdə