Roma Papası Francis Ermənistana olan səfərini təxirə salıb. SİA-nın İtaliyanın "La Repubblica" qəzetinə istinadən verdiyi məlumata görə, Papa 1915-ci il hadisələrinin 101-ci ildönümü ilə əlaqədar Ermənistana getməyi planlaşdırıb, lakin Türkiyənin reaksiyasından ehtiyat edərək səfəri aprel ayında yox, may ayında etməyi qərar alıb.
Məlumatda bildirilib ki, erməni patriki və İrəvan hökumətinin tez-tez Papanı ölkəyə səfər etməyə dəvət edib.
Hazırda iki ölkə arasındakı münasibətlərin soyuq olduğuna işarə edən qəzet Vatikan hökumətinin Türkiyəni narahat etmək istəmədiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB