Rusiya iqtisadiyyatı 3.7 faiz daralıb. SİA-nın Rusiyanın "Rosstat" rəsmi statistika mərkəzinə istinadən verdiyi məlumata görə, Rusiyanın pərakəndə satışlar üzrə gəliri 10 faiz, sərmayə yatırımları üzrə gəliri isə 8.4 faiz olmaqla geriləyib, nəticədə ümumi daxili iqtisadiyyat 3.7 faiz daralıb.
Statistika mərkəzindən bildirilib ki, hazırkı neft qiymətləri və Ukrayna böhranı ilə bağlı Rusiyaya tətbiq edilmiş sanksiyalar iqtisadiyyata təsir edən başlıca amillər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB