Şərqi Asiyada cərəyan edən soyuq hava şəraiti 85 Tayvan vətəndaşının həyatına son qoyub. SİA-nın Tayvanın rəsmi xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Cənubi Koreyada kəskin hava şəraiti ilə bağlı 60 min turist ölkə hüdudlarından kənara çıxa bilməyib.
Tayvan mediasının verdiyi məlumatda bildirilib ki, ölənlərin çoxu ürək xəstəliyindən əziyyət çəkənlər olub.
Koreya hökuməti tez-tez baş verən qar uçqunlarını nəzərə alaraq, Jeju adasındakı hava limanının uçuşlarını dayandırıb.
Eyni şaxtalı hava şəraiti Hon-Konq, Cənubi Çin və Yaponiyada da hökm sürür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB