ABŞ-da soyuqdan ölənlərin sayı 18-ə çatıb

ABŞ-da soyuqdan ölənlərin sayı 18-ə çatıb

ABŞ-ın şərqində hökm sürən qar çovğunu ilə əlaqədar ölənlərin sayı 18-ə çatıb. Ölkədə minlərlə aviareys təxirə salınıb, 200 mindən artıq insan işıq və istiliksiz qalıb, yollarda yüzlərlə qəza baş verib. Associated Press agentliyinin məlumatına görə, ölənlərin yarıdan çoxu qəzalarda, iki nəfər isə donvurmadan ölüb. 11 ştatda fövqəladə vəziyyət elan edilib. Vaşinqton və Nyu-Yorkda isə nəqliyyatın hərəkətinə qadağa qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə