Əfqanıstan silkələndi

Əfqanıstanın şimal-şərqində 5 bal gücündə zəlzələ olub. SIA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti məlumat verib. Məlumata görə, yeraltı təkanların episentri Bədəxşan əyalətində Aşkaşam qəsəbəsindən 13 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı yerin 90,7 km dərinliyində olub. Hələlik xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə