İraqın 130 milyard barreldən çox neft ehtiyatı var. "Reuters.com" xəbər verir ki, bu barədə İraqın neft naziri Adil Abdulmehdi məlumat verib. O bildirib ki, ölkəsində ildə 1 milyard barrel neft çıxarılır.
İraqdakı döyüşlərlə əlaqədar ötən illərdə neft axtarışı işlərinin dayandığını deyən A.Abdulmehdi ölkəsinin neft ehtiyatının açıqlanan rəqəmlərdən təxminən 2 dəfə çox olduğuna inandığını bildirib. Onun fikrincə İraqda neft ehtiyatlarının zənginliyi bu ölkəyə "qara qızılı" hələ uzun illər hasil etməyə imkan verəcək.
Qeyd edək ki, İraq neftin qiymətinin ucuzlaşmasının ən çox təsir göstərdiyi dövlətlərdən biridir. Ölkənin 2016-cı il üzrə büdcəsində neftin barrel qiyməti 45 dollardan hesablanıb. İraqda gündəlik 3,8 milyon barrel neft hasil edilir. Bunun da 2,5 milyon barreli Bəsrə körfəzindəki limandan və Ceyhan limanından ixrac edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB