Şimali Koreyada ABŞ vətəndaşı olan tələbə "düşmən aktı" törətməkdə günahlandırılaraq həbs edilib. SİA-nın Şimali Koreyanın rəsmi xəbər agentliyi "KCNA"ya istinadən verdiyi məlumata görə, Vircin Universitetində təhsil alan Otto Fredrik adlı tələbə "düşmən aktı" törətməkdə günahlandırılıb.
Məlumatda bildirilib ki, tələbə ABŞ hökuməti tərəfindən turist kimi ölkəyə göndərilib. Tələbənin ölkənin ictimai birliyini məhv etməyə çalışdığı bildirilib.
Hazırda amerikalı tələbə istintaq işinə cəlb olunub. Tələbənin həbs edilməsi ilə bağlı Şimali Koreyanın paytaxtı Seul şəhərində yerləşən ABŞ səfirliyinə məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB