Keniya polisi 4 terrorçunu zərərsizləşdirib

Keniya polisi 4 terrorçunu zərərsizləşdirib

Keniya təhlükəsizlik qüvvələrinin Hind okeanı sahilində yerləşən Malindi şəhərində keçirdiyi əməliyyat nəticəsində axtarışda olan dörd terrorçu öldürülüb. TASS informasiya agentliyi xəbər verir ki, əməliyyat zamanı yaralanan daha iki terrorçu isə qaçmağa müvəffəq olub. Terrorçuların qaldığı evdə polis məntəqələrinin, super-marketlərin və turistlər arasında populyar dəniz parkının qeyd olunduğu xəritə aşkarlanıb.

Qətlə yetirilənlər arasında başına 20 min dollar mükafat qoyulan 25 yaşlı Süleyman Məhəmməd Avadın şəxsiyyəti müəyyənləşdirilib. O, 2015-ci ilin aprelində Qarris şəhərindəki universitetə 148 nəfərin həlak olması ilə nəticələnən hücum təşkil etməkdə şübhəli bilinirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə