Məşhur iş adamı vəfat etdi

Türkiyənin məşhur iş adamı, "Koç Holding" İdarə Heyətinin sədri Mustafa Koç vəfat edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 56 yaşlı məşhur iş adamı ürək tutmasından vəfat edib.

Türkiyə xəbər agentliklərinin yaydığı məlumatlarda bildirilir ki, M. Koç idmanla məşğul olarkən vəziyyəti pisləşib. İlk olaraq yaxınlıqdakı Beykoz Dövlət Xəstəxanasına aparılan iş adamı daha sonra helikopterlə Amerikan Xəstəxanasına köçülürüb. Həkimlərin 4 saatlıq səylərinə baxmayaraq, M. Koç vəfat edib.

Qeyd edək ki, M. Koç 1960-cı ildə Ankarada doğulub. İki qızı var.

Bütün xəbərlər Facebook səhifəmizdə