Parlament seçkiləri martın 20-nə təyin olunub

Parlament seçkiləri martın 20-nə təyin olunub

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Qazaxıstan Respublikası Parlamenti Məclisinin beşinci çağırış deputatlarının buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb. Məclisə növbədənkənar seçkilər 2016-cı il martın 20-nə təyin edilib.

Xatırladaq ki, Qazaxıstan parlamenti bu barədə ölkə prezidenti Nursultan Nazarbayevə müraciət ünvanlamışdı. Müraciətdə Məclis palatanın vaxtından əvvəl buraxılmasını və 2016-cı ildə növbədənkənar seçkilərin təyin olunmasını xahiş etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə