İtaliya İrana 8 milyard yatıracaq

İtaliya İrana 8 milyard yatıracaq

İtaliya hökuməti növbəti iki il ərzində İrana ixracı 4 dəfə artırmağı nəzərdə tutub. Belə ki, bu ölkə İrana 8 milyard avro həcmində sərmayə yatırmağa hazırlaşır. Təkcə ötən ildə İrana İtaliya məhsullarının ixracının həcmi 1 milyard avro təşkil edib. Qərbin İrana sanksiyalar tətbiq etmək qərarınadək İtaliya ilə bu ölkə arasında güclü ticarət əlaqələri mövcud olub. Belə ki, 2011-ci ildə ticarət dövriyyəsinin həcmi 7 milyard 200 min avro təşkil edib. Əslində, İtaliya rəsmi Tehran ilə köhnə əməkdaşlığını İrana qarşı sanksiyalar ləğv edilməmişdən əvvəl bərpa etməyə başlamışdı. Ötən ilin noyabrında İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Karlo Kalendanın rəhbərlik etdiyi 400 nəfərdən ibarət geniş nümayəndə heyəti İrana səfər edib. Növbəti görüşlərin isə cari ilin fevralında keçirilməsi nəzərdə tutulub.

K.Kalendanın sözlərinə görə, 2017-ci ilədək İtaliya ilə İran arasında ticarət dövriyyəsinin həcminin 4 milyard avroyadək artırılması nəzərdə tutulub. Sərmayə yatırımını əsasən İtaliyanın İxrac Kredit Agentliyi (SACE) həyata keçirəcək. Eyni zamanda, Romada İranın ən böyük kommersiya banklarından birinin filialının açılması ilə bağlı danışıqlar gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə