Pakistan mətbuatının yaydığı məlumata görə, ölkədə raketdən müdafiə sistemləri üçün görünməyən qanadlı raket uğurla sınaqdan keçirilib. Ra"ad (Hatf VIII) adı verilən raket nüvə başlığı daşımağa qadirdir və onun uçuş dairəsi 350 kilometrdir.
Məlumatda bildirilir ki, raket aşağıdan uçarkən müasir raketdən müdafiə sistemləri onu aşkar edib zərərsizləşdirə bilmir. Bu, 2007-ci ildən indiyədək Pakistanda bu sahədə keçirilən yeddinci sınaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB