Davos Forumu açıq elan edilib

Ümumdünya İqtisadi Forumunun prezidenti Klaus Şvab Davosda forumu rəsmən açıq elan edib. Klaus Şvab açıqlamasında Davos Forumunun sadəcə konfrans deyil, həm də çox dəyərli təcrübə olduğunu bildirib.

"Dördüncü sənaye inqilabının mənimsənilməsi" şüarı altında təşkil edilən forumda qlobal təhlükəsizlik, miqrasiya, müasir İpək Yolu və digər məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Dünyanın 100-dən artıq ölkəsindən dövlət başçılarının, yüksək çinli dövlət və hökumət, qeyri-hökumət təşkilatları təmsilçilərinin qatılacaqları Forumda 2500-dən çox nümayəndənin iştirak edəcəyi gözlənilir. Son vaxtlarda dünyanın müxtəlif ölkələrində baş verən terror aktlarını nəzərə alaraq, İsveçrə tərəfi minlərlə hərbçini və polisi Forumun təhlükəsizliyinin təmin olunmasına cəlb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə