Gürcüstanda bir nəfər "donuz qripi" xəstəliyindən dünyasını dəyişib. Bu barədə mətbuata Gürcüstanın İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Milli Mərkəzi rəhbərinin müavini Paatu İmnadza məlumat verib. O deyib ki, hazırda ölkə əhalisinin hər 100 min nəfərindən 240-da bu xəstəliyin əlamətləri müşahidə olunur. Həkimlərə müraciət edən həmin 240 nəfərdən 37-də bu diaqnoz təsdiqini tapıb.
P.İmanadze bildirib ki, hökumət əhalinin sağlamlığının qorunması, bu xəstəliklərin yayılmasının qarşısının alınması və xəstələrin sağalması istiqamətində mühüm tədbirlər görür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB