Partlayışda 11 nəfər ölüb, 13 nəfər yaralanıb

Partlayışda 11 nəfər ölüb, 13 nəfər yaralanıb

Əfqanıstanın şərqində güclü partlayış törədilib. Terror aktı olan partlayış nəticəsində azı 11 nəfər ölüb, 13 nəfər yaralanıb. SİA-nın məlumatına görə, partlayış Nankarhar əyaləti administrasiyası üzvünün Cəlalabad şəhərində yerləşən evində baş verib.

Terror aktını kamikadzenin törətdiyi bildirilir. Bəzi məlumatlara görə isə, hücum "jirqa" – tayfa rəhbərlərinin yığıncağı zamanı baş verib, 13 nəfər ölüb. Hələ ki, heç bir qruplaşma sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə