Bakı-İstanbul aviareysi təxirə salınıb

Bakı-İstanbul aviareysi təxirə salınıb

"Türk Hava Yolları" iki Bakı-İstanbul aviareysini təxirə salıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb bu gün İstanbulda gözlənilən fırtınalı hava şəraitinin proqnozlaşdırılmasıdır.

"Türk Hava Yolları"nın rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunur ki, yerli vaxtla saat 06:10-da İstanbul-Bakı və 20:55-də Bakı-İstanbul marşrutu üzrə planlaşdırılan aviareyslər təxirə salınıb.

Son günlər "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə